Tərtərdə 3 kəndi su basdı - Video

terterde-3-kendi-su-basdi
Oxunma sayı: 2031

Ötən gün respublikamızın bəzi ərazilərinə güclü yağış yağması və dolu düşməsi bir sıra fəsadlara səbəb olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) “Qafqazinfo”ya verilən məlumatda bildirilib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tərtər rayonunun Ağkənd, Dəmirçilər və Həsənqaya kəndlərinə yağan intensiv yağışlar səbəbindən fərdi evlərin və həyətyanı sahələrin, kənd yollarının subasmaya məruz qalması barədə məlumat daxil olub.

Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, həmçinin ərazini tərk etməkdə çətinlik çəkən şəxslərin təxliyəsi həyata keçirilib.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı tövsiyə edir.