Təxliyə təyyarəsi Tehrandan yola düşdü - Video + Yenilənib

texliye-teyyaresi-tehrandan-yola-dusdu
Oxunma sayı: 11860

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilir.

"Qafqazinfo"nun məlumatına görə, səfirlik əməkdaşlarını, yaralıları və şəhidimizin nəşini gətirən təyyarə yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək.

***

Təxliyəni həyata keçirən təyyarə hələ ki, havaya qalxmayıb.

Uçuş saatının 22:00-dan tez olmayacağı bildirilir.

Buna səbəb İran tərəfinin yaratdığı süni əngəllər göstərilir.

***

Tehran hava limanından təxliyə ilə bağlı görüntülər yayılıb.

APA-ya istinadən həmin görüntüləri təqdim edirik:

***

Təyyarə bir neçə dəqiqə əvvəl Tehran hava limanından Bakıya yola düşdü.

Nizam Rzayev