Teylor Svift nişanlandı - Fotolar

teylor-svift-nisanlandi
Oxunma sayı: 2762

Dünyaşöhrətli müğənni Teylor Svift 2023-cü ildən münasibətdə olduğu sevgilisi Travis Kelce ilə nişanlanıb.

“Qafqazinfo” xəbər verir ki, müğənni bu haqda instaqram sosial şəbəkə hesabında paylaşım edib.

O, paylaşımına “İngilis dili və idman müəlliminiz evlənir”, - şərhini yazıb.

Toy planları ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.