Təzyiqdən öldüyü deyilən qadın qətlə yetirilibmiş - Gəlinlə qardaşı tutuldu

tezyiqden-olduyu-deyilen-qadin-qetle-yetirilibmis
Oxunma sayı: 3489

Noyabrın 3-ü Biləsuvar rayonunda qan təzyiqindən öldüyü bildirilən qadının əslində qətlə yetirildiyi məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, ilkin informasiyaya görə, həmin gün kənd sakini 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın beyindaxili təzyiqdən öldüyü bildirilərək dəfn olunub. Lakin polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə A. Cəfərovanın boğularaq öldürülməsi müəyyən edilib.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və onun qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis tərəfindən saxlanılıb. Onlar aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Surxay Şahbazov