Tikinti materialları bazarındakı yanğın məhdudlaşdırıldı - Video - Yenilənib

tikinti-materiallari-bazarindaki-yangin-mehdudlasdirildi
Oxunma sayı: 9978

Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi daha bir məlumat yayıb.

Bildirilib ki, havanın küləkli olması yanğının söndürülməsi işlərini mürəkkəbləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda yanğının söndürülməsi üçün əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.

***

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu ərazisindəki inşaat malları satılan bazarda yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

Bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb.

***

FHN-dən bildirilib ki, inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev yanğın ərazisindədirlər.

***

FHN tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir.

Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.

***

Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.