“TikTok” 345 milyon avro cərimələndi

tiktok-345-milyon-avro-cerimelendi
Oxunma sayı: 3375

İrlandiya “TikTok” sosial şəbəkəsini 345 milyon avro cərimələyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Buna səbəb kimi sosial şəbəkənin uşaqların şəxsi məlumatlarının mühafizəsi sahəsində pozuntulara yol verməsi göstərilib.

Pozuntular 2020-ci il iyulun 31-dən dekabrın 31-dək olan dövrə aiddir.

Həmçinin, uşaqların profilləri heç bir bildiriş göndərilmədən açıq olub, nəticədə onların yerləşdirdikləri paylaşımlar əlçatanlıq əldə edib.