Tiktok qaçqınlara verilən ianələrindən gəlir götürür - Araşdırma

tiktok-qacqinlara-verilen-ianelerinden-gelir-goturur
Oxunma sayı: 2607

BBC Dünya Xidmətinin araşdırması TikTok-un Suriyadakı yüzlərlə köçkün ailəyə tətbiqi vasitəsilə verilən ianələrin 70%-ni götürdüyünü ortaya çıxarıb.

"Qafqazinfo"nun "BBC Azərbaycanca"ya istinadən məlumatına görə, təhqiqat aşkarlayıb ki, Tiktok-a bağlı agentliklərlə işləyən "Tiktok vasitəçiləri" qaçqın ailələrinə, o cümlədən uşaqlara saatlarla canlı yayım edib ianə istəmək üçün avadanlıq və hesablara giriş imkanı verir.

Xeyriyyə təşkilatları TikTok-u öz şərtlərini və ailələrin insan hüquqlarını pozmaqda ittiham edib.