5 nəfərin həyatını itirdiyi “Titan” faciəsi filmə çevrilir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hazırda film üzərində işlərə başlanıldığı bildirilib.
“MindRiot Entertainment”in prodüseri olacağı, ssenari müəllifini isə Castin MacGregor və Jonathan Keaseyin üslənəcəyi filmdə fəlakətdən əvvəl baş verənlər, qəza anı və onun nəticələrindən bəhs ediləcək.
“Filmimiz təkcə faciə qurbanlarına və onların ailələrinə ithaf olunmayacaq, həm də bugünkü medianın fəaliyyəti ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün vasitə rolunu oynayacaq”, - Conatan Keasey layihə haqqında deyib.
Qeyd edək ki, iyunun 18-də Atlantik okeanında “Titanik” gəmisinin qalıqlarına turistik səfər təşkil edən “OceanGate” şirkətinə məxsus “Titan” sualtı qayığı partlayaraq batıb və göyərtədəki 5 nəfər ölüb.