Tıxacda 15-ə yaxın maşını əzən sürücü belə tutuldu - Video

tixacda-15-e-yaxin-masini-ezen-surucu-bele-tutuldu
Oxunma sayı: 8372

Bakıda yol polisinin “saxla” əmrinə tabe olmayan sürücü 15-ə yaxın avtomobili əzib.

“Qafqazinfo” xəbər verir ki, hadisə yanvarın 30-u Nəsimi rayonu Ceyhun Səlimov küçəsində baş verib.

3-cü mikrorayon dairəsi istiqamətində hərəkətdə olan “Opel Astra” markalı avtomobilin sürücüsü DYP-nin qanuni tələbinə qəsdən tabe olmayaraq hərəkətini davam etdirib. Həmin şəxs avtomobili tıxacda qalmış digər nəqliyyat vasitələrinin arasına sürərək ümumilikdə 15-ə yaxın avtomobilə ziyan vurub və sükan arxasından düşərək qaçıb. Ətrafdakı şəxslərin və polislərin köməyi ilə onu tutmaq mümkün olub.

İlkin məlumata görə, hadisəni törədən şəxs narkotik vasitənin təsiri altında olub.