Tofiq Qasımov İsveçrədə dəfn olunub

Tofiq Qasımov İsveçrədə dəfn olunub
Oxunma sayı: 3735

“Tofiq Qasımov ötən bazar günü – yanvarın 26-da vəfat edibmiş. Ailəsi bu barədə Azərbaycana gec məlumat verib”.

"Qafqazinfo" xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O qeyd edib ki, keçmiş xarici işlər naziri Tofiq Qasımov artıq dəfn olunub. O yanvarın 27-də uzun illərdir yaşadığı İsveçrənin Lütsern şəhərində müsəlman qaydası ilə torpağa tapşırılıb:

“Tofiq Qasımovun özünün vəsiyyəti, yoxsa ailəsinin istəyi ilə bu cür addım atılıb – hələlik bu barədə məlumatımız yoxdur. Müsavat Partiyası Tofiq bəyin anım tədbirini keçirməyi düşünür. Onun xatirəsinin yad edilməsi üçün addımlar atılacaq. Çünki o, Azərbaycan üçün böyük işlər görmüş siyasətçi, Azərbaycanın sabiq xarici işlər naziri, görkəmli alim idi. Müsavat Partiyasının da üzvü idi. Onun vəfatı bütövlükdə Azərbaycan xalqı üçün böyük itkidir”.

Qeyd edək ki, Milli azadlıq hərəkatının liderlərindən biri, keçmiş XİN rəhbəri Tofiq Qasımovun mühacirətdə vəfat etdiyi barədə məlumatlar bu gün sosial şəbəkələrdə yayılıb.

O 1992-ci ilin mayında Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunub, 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləyib. 1993-cü ildə Əbülfəz Elçibəyin prezident vəzifəsindən uzaqlaşdırılmasına etiraz əlaməti olaraq, vəzifəsindən gedib.  1995-ci ildə mart qiyamında şübhəli bilinərək həbsdə yatıb. Sonradan azadlığa çıxan eks-nazir ölkəni tərk edərək, bir müddət Türkiyə universitetlərində dərs deyib. Oradan Norveçə köçən T.Qasımov  daha sonra İsveçə mühacirət edib. Oradan isə İsveçrəyə gedib. 

İki qızı var. O, indiyə qədər həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayırdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi