“Togg” üçün sifarişlər 100 mini ötdü

togg-ucun-sifarisler-100-mini-otdu
Oxunma sayı: 4392

Türkiyənin yerli və milli avtomobili olan “Togg” üçün ön sifarişlərin sayı 100 mini ötüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Avtomobil Təşəbbüs Qrupu məlumat yayıb.

Unikal avadanlıqlarla təchiz olunmuş elektromobillər üçün son sifariş tarixi martın 27-dir.

Xatırladaq ki, Türkiyə Prezidenti R.T.Ərdoğandan sonra avtomobil üçün ön sifariş verən ilk şəxs Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısı 2 “Togg” avtomobili sifariş verib.