Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Türkiyədə Ermənistanla Azərbaycan arasında sülh prosesini müzakirə edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Klaar X sosial şəbəkəsindəki hesabında açıqlayıb.
Onun sözlərinə görə, noyabrın 28-i Ankarada səfərdə olub: “Aİ və Türkiyə arasında Cənubi Qafqazla bağlı ortaq maraq doğuran məsələlər, xüsusilə də Ermənistanla Azərbaycan arasında sülh prosesi müzakirə edilib”.