Tom Kruz 60 yaşını qeyd edir - Fotolar

tom-kruz-60-yasini-qeyd-edir
Oxunma sayı: 3807

Hollivudun ən məşhur aktyorlarından biri Tom Kruzun 60 yaşı tamam olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, rejissor, ssenarist və prodüser olan Tom Kruz iyulun 3-ü ABŞ-ın Sirakyuz şəhərində dünyaya gəlib.

Tanınmış aktyor öz populyarlığını ilk olaraq 1983-cü ildə rol aldığı “Riskli biznes” filmindən sonra qazanıb. 

Ümumilikdə isə Kruz 50-yə yaxın filmdə rol alıb. Bu filmlərdən ən məşhurları sırasında isə “Yağış adam”, “Vampirlə müsahibə”, “Mümkünsüz tapşırıq” və “Cek Riçer”i qeyd etmək olar. 

O, üç dəfə “Qızıl Qlobus” mükafatı qalibi və üç dəfə “Oskar”a namizəd olub.