Tovuzda 36 yaşlı kişi bıçaqlandı - Şübhəli şəxs xanımıdır

tovuzda-36-yasli-kisi-bicaqlandi
Oxunma sayı: 2618

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alımıb.

Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Namiq İsmayılov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəstə dərhal əməliyyat edilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə N.İsmayılovu həyat yoldaşı bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev