Tovuzda ağır qəza - Ölən var

tovuzda-agir-qeza
Oxunma sayı: 2841

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Qovlar şəhərində olub.

İlkin məlumata görə, “VAZ-2107” markalı minik avtomobili yük maşınının qoşqusuna çırpılıb.

Hadisə nəticəsində minik maşınının sürücüsü 22 yaşlı İlham Rüstəmov həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev