Tovuzda ağır qəza, xəsarət alanlar var - Foto

tovuzda-agir-qeza-xesaret-alanlar-var
Oxunma sayı: 1568

Tovuzda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Tovuz çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan iki “VAZ” markalı minik maşını toqquşub. Nəticədə avtomobillərdə olan bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.