“Qafqazinfo” TTV-ə istinadən xəbər verir ki, Azərbaycan tərəfinə keçən Ermənistan vətəndaşının 1965 ci il təvəllüdlü Petrosyan Arduş Dalen oğlu olduğu bildirilir. O, Tovuz rayonunun Ağbulaq kəndində kənd sakini Məmmədov Pərviz Paşa oğlu tərəfindən saxlanılıb və aidiyyatı qurumlara təslim edilib.
***
Bu gün 13.30 radələrində Tovuz rayonunun düşmənlə təmas xəttində yerləşən Ağbulaq kəndində erməni diversant qrupu Azərbaycan tərəfinə keçməyə cəhd edib.
Publika.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan kəşfiyyatçıları qrupun neytral ərazidən bizim tərəfə keçməsinə qəsdən şərait yaradıblar. Məqsəd qrupu tam tutmaq olub.
Qrupun bələdçisi Petrosyan Arduş Dalen oğlu Tovuzun Ağbulaq kəndinə girib.
Bu zaman kənd sakinləri onu görərək saxlayıblar. Erməninin izi ilə gələn hərbçilərimiz onu sakinlərdən alıblar.
***
Ağbulaq kənd sakini, 1996-cı il təvəllüdlü Quliyev Röyal İsmixan oğlunun APA-nın qərb bürosuna bildirdiyinə görə, sərhədi keçən ermənini o tutub.
“Evdə yatırdım. Eşitdim ki, həyətdə kimsə anamdan çay istəyir. Çıxdım həyətə. Məni görən kimi erməni işarə ilə məndən siqaret istədi. Dedim ki, səndə siqaret yoxdur, məndən istəyirsən? Cibindən boş qutunu çıxarıb göstərdi. Gördüm ki, siqaret qutusu bizim ölkədə satılan siqaretə oxşamır. Şübhələndim. Tez maşının təkər açarını götürdüm, onu qorxudub, yerə yıxdım. Hardan gəldiyini soruşdum. Elə bil Azərbaycan dilini başa düşürdü. Cavab verdi ki, Çinarlıdan gəlib. Onu tutub kəndin mərkəzinə apardım və hərbçilərə təhvil verdim”, - deyə o bildirib.
R. Quliyev onun 45 yaşı olması barədə deyilənlərin bir qədər şübhəli olduğunu deyib.
Onun çox gənc - təxminən 30-35 yaşlarında olduğunu ehtimal edən R. Quliyev erməninin səliqə ilə geyindiyini, mobil telefonunda silah fotolarının olduğunu da qeyd edib.
“Soruşduqda dedi ki, qardaşı hərbçidir, telefondakı fotolar da onun silahının fotolarıdır”, - deyə R. Quliyev bildirib.
Son xəbərlər
Son Xəbərlər