Tramp onlarla telefonla danışdı

tramp-onlarla-telefonla-danisdi
Oxunma sayı: 1245

ABŞ Prezidenti Donald Tramp son günlər bir sıra ölkə liderləri ilə telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilib ki, Tramp Böyük Britaniya, Küveyt və Türkiyə liderləri ilə, həmçinin Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərləri ilə danışıb.

Açıqlamaya görə, ABŞ prezidenti, eyni zamanda, NATO-nun baş katibi Mark Rutte ilə də telefon əlaqəsi saxlayıb.

Danışıqların detalları barədə əlavə məlumat verilməyib.