Tramp Suriya ilə bağlı qərarını verdi - “Zərbə endirilsin”

tramp-suriya-ile-bagli-qerarini-verdi
Oxunma sayı: 5745

ABŞ prezidenti  Donald Tramp Suriya ilə bağlı yekun qərarını verib.

“Qafqazinfo” xarici KİV-ə istiadən xəbər verir ki, artıq hava zərbələrinə hansı ölkələrin dəstək verəcəyi də məlumdur.

“Bir qədər əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə suriyalı diktator Bəşər Əsədin kimyəvi silahları ilə bağlı olan hədəflərin vurulmasına əmr vermişəm”,- deyə dövlət başçısı bildirib.

“Avia zərbələr Fransa və Böyük Britaniya ilə birlikdə həyata keçiriləcək. Buna görə onlara təşəkkür edirik”,- deyə Tramp televiziya ilə xalqa müraciəti zamanı söyləyib.