Trampa olan bu qadağa aradan qaldırıldı

trampa-olan-bu-qadaga-aradan-qaldirildi
Oxunma sayı: 1832

Sosial şəbəkə platforması olan yutub ABŞ-nin keçmiş prezidenti Donald Trampın hesabına qoyulan qadağanı aradan qaldırdığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda platformanın “YouTubeInsider” adlı tviter hesabında məlumat paylaşılıb.

“Bu gündən etibarən Donald J. Trump kanalı artıq məhdudlaşdırılmır və yeni məzmun yükləyə bilər”, - qeyd olunaraq onun qadağasının 2 ildən sonra aradan qaldırıldığı açıqlanıb.

Bu gündən etibarən Donald Tramp yutubun reklam siyasətlərinə uyğun olaraq, kanalında 2,6 milyondan çox izləyici toplaya və prezidentlik kampaniyası üçün yutub reklamları ala biləcək.
Qeyd edək ki, 2021-ci il yanvarın 6-da Konqresin basqınından sonra yutub Trampın paylaşdığı videoları “zorakılığa təşviq edə biləcəyi” səbəbi ilə silərək kanalın fəaliyyətini dayandırmışdı.