Trampdan müsəlmanlara - Təbrik

trampdan-muselmanlara
Oxunma sayı: 598

ABŞ Prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başlaması münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, təbrik mesajının mətnini Ağ Ev yayıb. 

ABŞ lideri təbrikində qeyd edib ki, müqəddəs ay ruhən yenilənmə, dua, oruc tutma, ailə və ictimai əlaqələrin möhkəmləndirilməsi dövrüdür. 

Bununla yanaşı, təbrikdə azad ibadət hüququnun Amerika cəmiyyətinin təməllərindən biri kimi əhəmiyyəti qeyd olunub. 

D.Tramp vətəndaşların öz dinlərini təqib qorxusu olmadan sərbəst şəkildə icra etmək hüququnun təmin edilməsinə sadiq olduğunu bəyan edib. O, həmçinin Ramazan dövründə və qarşıdan gələn ildə ailələrə xoşbəxtlik və rifah, eləcə də bütün dünyada birlik və sülh arzuladığını ifadə edib.