Trampdan Rusiya və Çinə çağırış

trampdan-rusiya-ve-cine-cagiris
Oxunma sayı: 939

ABŞ prezidenti Donald Tramp Rusiya və Çini nüvə silahından imtina etməyə çağırıb. “Qafqazinfo”nun xəbərinə görə, bu barədə o, “Fox News” telekanalına müsahibəsində bildirib.

“Bu gün mən prezident Putinin Kim Çen In və Şimali Koreyaya kömək edəcəyinin mümkün olduğunu açıqlamasına sevindim. Hamımız nüvə silahından imtina etməyi istəyirik və bunu reallaşdırmalıyıq. Rusiya da, Çin də bu yolda addım atmalıdır”, - deyə o, vurğulayıb.

Xatırladaq ki, martın 15-də Şimali Koreya rəhbərliyi ABŞ-la nüvə silahsızlanması məsələsini  nəzərdən keçirəcəyini açıqlayıb.