Trampın məhkəmə qarşısına çıxacağı vaxt məlum oldu

trampin-mehkeme-qarsisina-cixacagi-vaxt-melum-oldu
Oxunma sayı: 2270

ABŞ-nin sabiq Prezidenti Donald Tramp məhkəmə qarşısına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, Tramp aprelin 4-də yerli vaxtla saat 14:15-də Manhetten cinayət məhkəməsində hakim qarşısına çıxacaq.

Qeyd edək ki, o, pornoaktrisa Stormi Danielsə aralarındakı münasibəti gizlətməsi üçün pul verməkdə ittiham olunur.