Tuba zəlzələdən zərərçəkənlər üçün xeyriyyə gecəsi təşkil edəcək

tuba-zelzeleden-zerercekenler-ucun-xeyriyye-gecesi-teskil-edecek
Oxunma sayı: 1662

Türkiyəli aktrisa Tuba Büyüküstün həmkarı Fırat Çelik ilə bərabər zəlzələdən zərəçəkənlər üçün xeyriyyə gecəsi təşkil edəcək.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Tuba UNICEF-in xoşməramlı səfiri olaraq həmin gecənin təşkilatçısı olacaq.

“3 aprel 2023-cü ildə La Tour Eyfel Teatrında fransız sənətçilərin iştirakı ilə keçiriləcək gecədən əldə ediləcək bütün gəlir UNICEF Türkiyənin hesabına köçürüləcək", - deyə Tuba bildirib.

Xeyriyyə kampaniyasında iştirak edəcək məşhurlar arasında Artus, Ceremi Ferrari, Paul Mirabel, Verino, La Bajon və Camille Aumont Carnel var.