Turan Səfərlinin çıxışı böyük coşqu ilə qarşılandı - Video

turan-seferlinin-cixisi-boyuk-cosqu-ile-qarsilandi
Oxunma sayı: 3743

Respublika və beynəlxalq müsabiqələr laureatı, vokal ifaçısı Turan Səfərli növbəti dəfə pərəstişkalarını sevindirib.

“Qafqazinfo” xəbər verir ki, ifaçı 25-26 mart tarixlərində “SoundPro Media Group”un Heydər Əliyev Sarayında təşkil etdiyi Xalq artisti Eyyub Yaqubov, Əməkdar artist Cavan Zeynallı və müğənni Fuad Musayevin konsertində yer alıb.

Turan Səfərli tədbirdə Xalq artisti Flora Kərimovanın repertuarından “Bu qatarın dalınca baxma…” mahnısını ifa edib. Onun ifası böyük coşqu ilə qarşılanıb.

Turan Səfərli tək ifası ilə deyil, həm də xarici görünüşü ilə diqqət çəkib. Daim peşəkarlarla çalışan vokal ifaçısı bu dəfə də ənənəsinə sadiq qalıb.