Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, bu gün daha 2 görüş baş tutacaq.
“Turan Tovuz” doğma meydanda “Neftçi”ni sınağa çəkəcək. “Səbail” isə “Sabah”la üz-üzə gələcək.
Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” “Sumqayıt”a 5 cavabsız qolla qalib gəlib. Sabah “Kəpəz” – “Qəbələ” və “Araz-Naxçıvan” – “Zirə” oyunları da baş tutacaq.
Azərbaycan Premyer Liqası
8-ci tur
30 sentyabr
“Turan Tovuz” – “Neftçi”
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev
Tovuz şəhər stadionu, 16:00
“Səbail” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov
“ASCO Arena”, 18:00.