Türkiyə Azərbaycan-Ermənistan danışıqlarının sülh ilə nəticələnəcəyinə ümid edir

turkiye-azerbaycan-ermenistan-danisiqlarinin-sulh-ile-neticeleneceyine-umid-edir
Oxunma sayı: 1573

Türkiyə Azərbaycan-Ermənistan danışıqlarının sülh sazişi bağlanması ilə nəticələnəcəyinə ümid edir.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair bəyanatda qeyd olunub.

Bəyanatda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasından da bəhs edilib:

“Ermənistan da daxil olmaqla, regionun bütün ölkələrinin sülh və rifahına töhfə verəcək daimi sülhün bərqərar olması istiqamətində bütün səmimi səyləri dəstəkləyəcəyik”.