Türkiyə DİN rəhbəri Süleyman Soylu Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qatili ilə bağlı danışıb.
“Qafqazinfo” “Cnnturk”ə istinadən xəbər verir ki, nazir həmin şəxsin 2 il 5 ay ərzində polis işlədiyini, 1994-cü il təvəllüdlü olduğunu söyləyib.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankara Müasir Sənət Mərkəzində silahlı şəxs tərəfindən güllələnib. Xəstəxanaya yerləşdirilən səfir oradaca vəfat edib. Qatil isə polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.
Rusiya XİN cinayət hadisəsini terror aktı kimi dəyərləndirib.
Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi qaldırıb.
Son xəbərlər
Son Xəbərlər