Türkiyə Milli Təhlükəsizlik Şurası toplandı - Yenilənib

turkiye-milli-tehlukesizlik-surasi-toplandi
Oxunma sayı: 2411

Türkiyədə Milli Təhlükəsizlik Şurasının toplantısı başlayıb.

“Qafqazinfo” "TRT Haber"ə istinadən xəbər verir ki, iclasa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir. 

Toplantı əsnasında İraq və Suriyanın şimalında həyata keçirilən terrorla mübarizə əməliyyatları başda olmaqla, strateji, regional və milli təhlükəsizlik mövzularının müzakirə olunması gözlənilir.

***

Türkiyədə Milli Təhlükəsizlik Şurasının toplantısı başa çatıb.

İclas zamanı Azərbaycan və Ermənistan arasında dialoqun irəliləməsi xüsusi olaraq vurğulanıb.

Həmçinin, görüşdə Kosovadakı problemlər və Rusiya-Ukrayna münaqişəsi müzakirə edilib.