Türkiyə millisinin üzvündən romantik evlilik təklifi - Foto

turkiye-millisinin-uzvunden-romantik-evlilik-teklifi
Oxunma sayı: 5941

Türkiyə millisinin və İngiltərənin “Brayton” klubunun futbolçusu Ferdi Kadıoğlu sevgilisi Sera Vrijə evlilik təklif edib.

“Qafqazinfo”nun məlumatına görə, 26 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Sən və mən, sonsuza qədər və həmişə...”, - deyə Ferdi paylaşımına yazıb.

Onların fotolarına çoxlu bəyənmə və şərhlər gəlib.

Qeyd edək ki, Ferdi kimi Hollandiyada anadan olan 28 yaşlı Sera gözəllik və kosmetika mərkəzinin sahibidir.