Türkiyə vətəndaşına məxsus yük maşını yandı

turkiye-vetendasina-mexsus-yuk-masini-yandi
Oxunma sayı: 1539

Şabran rayonu ərazisində yük maşını yanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı–Quba–Rusiya ilə dövlət sərhədi ödlənişli magistral yolun 137-ci km-in Şabran rayonunun Rəhimli kəndi ərazisindən keçən hissəsində baş verib.

Bildirilir ki, 1987-ci il təvəllüdlü Türkiyə vətəndaşı Faruk Dinçə məxsus olan “VOLVO” markalı yük avtomobili qoşqusu ilə birlikdə yanıb.

Əraziyə Şabran rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub.

Yanğın nəticəsində yük avtomobili tamamilə yanıb.

Mübariz Məmmədov