Türkiyədə 5.3 bal gücündə zəlzələ - Yenilənib

turkiyede-53-bal-gucunde-zelzele
Oxunma sayı: 4681

Türkiyənin Niğde ərazisinin Bor rayonunda 5,3 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” AFAD-a istinadən xəbər verir ki, zəlzələ Ankara, Konya və Mersində də hiss olunub.

Zəlzələ Bakı vaxtı ilə saat 14:27-də qeydə alınıb.

***

Niğde ərazisinin Bor rayonunda baş vermiş zəlzələdən sonra heç bir dağıntı qeydə alınmayıb.

Bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer deyib.