Türkiyədə ağır qəza - 7 ölü, 11 yaralı - Video

turkiyede-agir-qeza
Oxunma sayı: 427

Türkiyədə Tarsus–Adana–Gaziantep magistral yolunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisəyə səbəb sərnişin avtobusunun yol kənarında dayanan yük avtomobilinə çırpılması olub.

Qəza nəticəsində 7 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Hazırda həyatını itirənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.

Faktla bağlı araşdırma aparılır.