Türkiyədə bələdiyyə sədrinin başına iş gəlib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Artvin bölgəsinin Yusufeli rayonunda turistik ziplayn (hündür nöqtədən aşağıya sürüşmək üçün asılan polad kəndir - red.) qurulub.
İlk cəhdi Yusufeli rayon bələdiyyə sədri Eyüp Aytekin etsə də, o qədər də uğurlu alınmayıb. Belə ki, bələdiyyə sədri yarı yolda qalıb. O, bir saat asılı qaldıqdan sonra xilas edilib.