Türkiyədə futbolçuları aldadan bank müdiri hakim qarşısına çıxdı

turkiyede-futbolculari-aldadan-bank-mudiri-hakim-qarsisina-cixdi
Oxunma sayı: 2545

Türkiyədə özəl bankların birində müdir vəzifəsində çalışan Seçil Erzan adlı qadın aralarında futbol dünyasının tanınmış simaları da olan çox sayda adama qarşı dələduzluqda ittiham edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yazıb.

Bildirilib ki, ötən gün növbəti məhkəməsi keçirilən işdə zərərçəkmişlər sırasında “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim, futbolçuları Arda Turan, Fernando Muslera, Semih Kaya və Selçuk İnan da olub.

Belə ki, S. Erzan bank əməliyyatlarını etdiyi varlı müştərilərə zəng edərək “yeni sistem” barədə məlumat verərək, onları daha qazanclı “yatırım”a cəlb edib.

İddialara görə, bank əməkdaşı ümumilikdə 18 şəxsə qarşı 80 milyon dollarlıq dələduzluq edib. Onun aldatdığı şəxslər arasında Fatih Terimin 10 milyon dollar, Arda Turanın isə təxminən 8 milyon avro aldadıldığı iddia edilib.