Türkiyədə hərbi təyyarə qəzaya düşdü, 2 pilot öldü - Video

turkiyede-herbi-teyyare-qezaya-dusdu-2-pilot-oldu
Oxunma sayı: 2384

Türkiyənin Kayseri şəhərində hərbi təyyarə qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kayseri 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığına məxsus “SF-260D”  tipli təyyarə naməlum səbəbdən qəzaya uğrayıb. Hadisə nəticəsində 2 pilot həlak olub.

Axtarış-xilasetmə işləri davam etdirilir.