Türkiyədə mədəndəki partlayışda ölənlərin sayı 25-ə çatdı - Yenilənib+Fotolar

turkiyede-medendeki-partlayisda-olenlerin-sayi-25-e-catdi
Oxunma sayı: 6630

Türkiyənin Bartın şəhərinin Amasra rayonunda yerli saatla 18:45-də kömür mədənində partlayış baş verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, yerin altında fəhlələrin olduğu bildirilib.

Hadisə yerinə çox sayda təcili yardım maşınları göndərilib.

Bartın valisi Nurtaç Arslan partlayışın hansı səbəbdən baş verdiyinin hələlik məlum olmadığını qeyd edib.

***

Hadisə zamanı mədəndə 87 işçinin olduğu ehtimal edilir. Ümumilikdə isə orada 400 nəfər çalışıb. Dağıntılar altında qalanlardan 6-nın hərəkətsiz vəziyyətdə qaldığı görülüb. Hadisə yerinə xeyli sayda təcili yardım briqadası cəlb olunub. 

***

Dağıntılar altından 2 fəhlə xilas edilib. 

***

Bartın valisi Nurtaç Arslan çox sayda xilasedici qruplarla axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

“12 nəfər yaralı olaraq xilas edildi. Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılır. Ekspert qrupları, AFAD qrupları səfərbərdir”.

***

Türkiyənin Bartın şəhərində kömür mədənində partlayışın ilkin səbəbi məlum olub.

AFAD-ın verdiyi açıqlamada partlayışa transformatorun səbəb olduğu bildirilib.

***

Hadisə zamanı xilas edilənlərin sayı 14-ə çatıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə daxili işlər naziri Süleyman Soylu, enerji və təbii sərvətlər naziri Fatiz Dönmez hadisə yerinə yollanıblar.

***

Partlayış nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

***

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Bartında baş verən mədən partlayışı ilə bağlı açıqlama verib:

“110 qardaşımız orada işləyirdi. Riskli bölgədə 49 işçimiz vardı, 21 nəfər xəstəxanaya göndərildi, təəssüf ki, 14 işçimiz həyatını itirdi”.

***

Türkiyənin səhiyyə naziri Fahrettin Koca 22 nəfərin öldüyünü açıqlayıb.

***

“İndiyə qədər 36 mədən işçimiz ərazidən çıxarılıb. Çıxarılan işçilərimizdən 25-i dünyasını dəyişib, 6 işçimiz isə müalicə üçün İstanbula göndərilib. 5 işçinin isə müalicəsi rayonda aparılacaq” - vilayət rəhbərliyinin açıqlamasında bildirilir.