Türkiyədə namizədlərin təbliğat dövrü başladı

turkiyede-namizedlerin-tebligat-dovru-basladi
Oxunma sayı: 1316

Türkiyədə prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası mərhələsinə start verilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, proses 13 maya qədər davam edəcək.

Kampaniya zamanı magistral yollar, dini məbədlər, dövlət qurumları, universitetlər və tələbə yataqxanalarında, eləcə də ölkə xaricində və sərhəd-gömrük məntəqələrində təbliğat-təşviqat aparmaq qadağan edilib.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri 14 mayda keçiriləcək.