Türkiyədə növbəti terror aktı törədilib.
“Qafqazinfo” türk mətbuatına istinadən xəbər verir ki, Van vilayətinin İskele prospektində yerləşən polis şöbəsinin qarşısında güclü partlayış baş verib. Hadisə nəticəsində çoxlu yaralının olduğu bildirilir.
Əraziyə çoxsaylı təcili tibbi yardım avtomobilləri cəlb olunub.
***
Partlayış nəticəsində çoxu mülki vətəndaş olmaqla 20 nəfər xəsarət alıb.
***
Terror aktı nəticəsində 3 nəfər ölüb, 2-si polis olmaqla 40 nəfər yaralanıb.




Son xəbərlər
Son Xəbərlər