Türkiyədə seçiciləri daşıyan avtobus qəzaya düşüb, 22 yaralı - Fotolar

turkiyede-secicileri-dasiyan-avtobus-qezaya-dusub-22-yarali
Oxunma sayı: 1334

Ötən gün Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda İstanbuldan Orduya səs vermək üçün gedən vətəndaşların da olduğu avtobus Kocaeli-Sakarya yolunda  qəzaya düşüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtobus arxadan TIR-a çırpılıb. Sərnişinlərin çoxunun yuxuda olduğu qəzada biri ağır olmaqla 22 nəfər yaralanıb.

Məlumata görə, qəza saat 05:00 radələrində baş verib. Hadisə yerinə çoxlu sayda təcili yardım, xilasetmə və polis əməkdaşları göndərilib.

Yaralılar xəstəxanaya çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib. Sürücünün vəziyyətinin ağır olduğu, sərnişinlərin yüngül xəsarət aldığı bildirilir.