Türkiyədə silahlı şəxs fabrik işçilərini girov götürüb - Video

turkiyede-silahli-sexs-fabrik-iscilerini-girov-goturub
Oxunma sayı: 2390

Türkiyənin Kocaeli şəhərində silahlı şəxs fabrik binasına basqın edərək oradakı şəxsləri girov götürüb.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə şəhərin Gebze bölgəsində qeydə alınıb. 

Hadisə yerinə çox sayda polis qüvvələri cəlb edilib.

İlkin məlumata görə, silahlı şəxs İsrailin Qəzzadakı əməliyyatlarına etiraz əlaməti olaraq fabrik işçilərini girov götürüb.

Sosial şəbəkələrin Türkiyə seqmentində yayılan məlumata görə isə, burada söhbət “P&G” şirkətinin fabrikindən gedir.