Türkiyədə son 54 ilin ən güclü qarı yağdı - Fotolar

turkiyede-son-54-ilin-en-guclu-qari-yagdi
Oxunma sayı: 2989

Türkiyədə dünən gecədən yağan güclü qar bir neçə şəhər və vilayətdə həyatı iflic edib.

“Qafqazinfo” xəbər verir ki, qar örtüyünün 1 metr olduğu Qaziantep vilayətində sonuncu dəfə 1968-ci ildə belə hava şəraiti müşahidə olunub.

Qarlı hava bir sıra avtomobil yollarının bağlanmasına səbəb olub.

Ölkənin bir çox əyaləti və bəzi rayonlarında əlverişsiz hava şəraiti səbəbindən yanvarın 20-də tədris dayandırılıb.