Türkiyədə sosial şəbəkələrdə yalan məlumat yayanlar həbs olunacaq

turkiyede-sosial-sebekelerde-yalan-melumat-yayanlar-hebs-olunacaq
Oxunma sayı: 1243

Türkiyə parlamenti dezinformasiya ilə mübarizə haqqında qanun layihəsini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə Cəza Məcəlləsinə edilən dəyişikliyə görə, sosial şəbəkələrdə yalan xəbərlərin yayılması cinayət sayılacaq.

Bilə-bilə yalan məlumat yayma 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bu cinayət təşkilati fəaliyyət çərçivəsində törədildikdə, cəza ikiqat artırılır.