Türkiyədə taksilərin fəaliyyəti məhdudlaşdırılır

turkiyede-taksilerin-fealiyyeti-mehdudlasdirilir
Oxunma sayı: 1809

Bu gündən etibarən Türkiyənin İstanbul, Ankara İzmir şəhərlərində taksilərin fəaliyyətinə məhdudiyyət qoyulur.

“Qafqazinfo” "Anadolu” agentliyinə istinadən xəbər verir ki, koronavirusla mübarizə əleyhinə tədbirlər çərçivəsində qəbul edilmiş yeni qərara əsasən, bu gün nömrə nişanının sonu tək rəqəmlə bitən taksilər fəaliyyət göstərəcək. Növbəti gün isə son rəqəmi cüt olanlar işləyəcək.

Bu ardıcıllıq sonrakı günlər də davam edəcək.