Türkiyədə terror qurbanı olan azərbaycanlı xanımın - Fotosu

turkiyede-terror-qurbani-olan-azerbaycanli-xanimin
Oxunma sayı: 16551

Yeni il gecəsi İstanbulun elit əyləncə mərkəzi “Reina”da terrorçu tərəfindən güllələnlərdən biri, Rusiya vətəndaşlığı daşıyan azərbaycanlı Nuranə Həsənovanın fotoları yayılıb.

QafqazinfoVirtualaz.org-a istinadən xəbər verir ki, tanışları Nuranənin fotolarını paylaşaraq onun həlak olmasına görə sarsıldıqlarını ifadə ediblər.

N.Həsənovanın cənazəsinin bu gün dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi gözlənilirdi. Rusiyanın İstanbuldakı konsulluğundan bildiriblər ki, Nuranənin bacısı ölüm faktı ilə bağlı sənədləşdirmə ilə məşğuldur və sənədləşdirmə başa çatan kimi cənazə Azərbaycana yola salınacaq.