Türkiyədə viza məsləhətçisi olan yutuber 2 azyaşlı övladını və özünü güllələyərək öldürüb.
“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, dəhşətli hadisə Adana şəhərində baş verib.
34 yaşlı Sergen Altunbaş yaşadığı evdə 6 yaşlı oğlu Mertlə 8 yaşlı qızı Adanı qətlə yetirdikdən sonra öz canına qəsd edib.
Bildirilib ki, bir neçə gün əvvəl S.Altunbaşın xanımı onu tərk edərək gedibmiş. Hadisənin də bu zəmində baş verdiyi iddia edilir.
Cinayət barədə ilk olaraq qonşular xəbər tutub. Onlar atəş səsini eşidərək polisə məlumat veriblər.
Hadisə yerinə gələn Altunbaşın yaxınları isə onun avtomobilini yandırıblar.
Yutub platformasında və 100 minə yaxın izləyicisi olan instaqram hesabında viza almaqla bağlı videolar paylaşan S.Altunbaşın bir neçə ay əvvəl sosial media səhifəsində “Bir qadın səni vəzir də edər, rəzil də” başlıqlı paylaşım etməsi də diqqəti çəkib.
Hadisə ilə bağlı Adana Prokurorluğu araşdırma aparır.




Son xəbərlər
Son Xəbərlər