Türkiyə dünyanın ilk alçaqdan uçan çoxməqsədli pilotsuz uçuş aparatını (PUA) istehsal edib.
“Qafqazinfo” “Anadolu Ajans”a istinadən xəbər verir ki, “TALAY” adlı PUA oktyabrın 22-26 -da SAHA EXPO-da nümayiş olunacaq.
Məlumata görə, bu texnika müdafiə, çəkindiricilik və hücum funksiyalarına malikdir. Sözügedən PUA növü düşmən gəmilərini və dəniz kənarındakı obyektləri vurmaq, dəniz üzərində sürətli manevr və müdaxilə etmək üçün nəzərdə tutulub.
PUA sudan cəmi 30 santimetr yüksəklikdə uçmaq qabiliyyətinə malikdir və 150 metr hündürlüyə qədər qalxa bilir. Sürəti saatda 200 kilometrdir. Havada 3 saat qala bilən “TALAY” quruda da müəyyən məsafəyə aşağı hündürlükdə uça bilir. Həmçinin, 30 kiloqram yük daşımaq qabiliyyətinə malikdir.
Qeyd edilib ki, “TALAY”ın elektrikli modelinin də üç ay sonra hazır olacağı gözlənilir