Türkiyəli biznesmendən ölən rus pilotun ailəsinə - Jest

turkiyeli-biznesmenden-olen-rus-pilotun-ailesine
Oxunma sayı: 11557

Rusiyada yaşayan türkiyəli iş adamı Səfa Buzgan kafelərindən bir günlük əldə olunan gəliri ölən rus pilotun ailəsinə verəcək.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Buzgan açıqlamasında bu hadisədən dərin kədər duyduğunu vurğulayıb:

“Ailəm və mən çox kədərləndim. Ehtiyacları olmasa da ailəyə dəstək olmaq istəyirəm. 4 kafemdən bir günlük əldə edəcəyim gəliri Oleq Peşkovun ailəsinə verəcəyəm”.