Türkiyəli məmurun vətəndaşlarla səmimiyyəti diqqət çəkdi - Video

turkiyeli-memurun-vetendaslarla-semimiyyeti-diqqet-cekdi
Oxunma sayı: 3696

Türkiyənin Ərzincan bölgəsinin valisi Həmzə Aydoğdunun vətəndaşlarla isti münasibəti diqqət çəkib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, məmur yolda gedərkən rastlaşdığı uşaqlara jest edib. 

H. Aydoğdu uşaqlardan sevdiyi yeməkləri soruşub. Bundan sonra restoranla əlaqə saxlayaraq onlar üçün iftar süfrəsi təşkil edib. 

Bundan əlavə, onun vətəndaşlarla səmimi münasibətini əks etdirən görüntülər qısa müddətdə minlərlə baxış yığıb. İzləyicilər Aydoğdunun ictimaiyyətlə əlaqəsini və uşaqlara qarşı jestini təqdir edən şərhlər yazıblar.

Sözügedən görüntüləri təqdim edirik: