Türkiyəli məşhurlar Qənirə Paşayevadan yazdı

turkiyeli-meshurlar-qenire-pasayevadan-yazdi
Oxunma sayı: 5490

Türkiyənin sənət dünyasının məşhur simaları ötən gün dünyasını dəyişən  millət vəkili Qənirə Paşayevanın vəfatı ilə bağlı paylaşım ediblər.

“Qafqazinfo” xəbər verir ki, məşhur müğənni Ajda Pekkan Qənirə Paşayevanən vəfatından kədərləndiyini ifadə edib: 

“Türk dünyasının əvəzolunmaz siması, dəyərli dostum, Azərbaycanın millət vəkili  Qənirə Paşayevanın vəfat xəbərini böyük hüznlə öyrəndim. Çox dəyərli bir insan idi, məkanı cənnət olsun. Başda Azərbaycanımız olmaqla bütün türk dünyasına başsağlığı verirəm”.

Türkiyəli aktyor Oktay Kaynarca da millət vəkilinin vaxtsız vəfatından təəssüfləndiyini qeyd edib: “Azərbaycan millət vəkili, cəsur qadın Qənirə Paşayeva məkanın cənnət olsun”.